Putin Paşinyanı Moskvaya ÇAĞIRDI

15.04.2022 - 16:38

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan cümə günü telefonla ikitərəfli və regional gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, nazirlər Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinin hazırlanmasına, o cümlədən ikitərəfli sənədlər paketinin imzalanmasına xüsusi diqqət yetiriblər.

“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üzrə gələcək addımlar müzakirə olunub”.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiyanın yardımı ilə İrəvan və Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub.

Xatırladaq ki, aprelin 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfər edib və burada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=173642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930