Ermənistan Qarabağla bağlı bu ifadədən imtina edib

31.05.2022 - 13:17

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Artsax Azərbaycanın tərkibində olmayacaq” ifadəsindən niyə imtina olunduğuna aydınlıq gətirib. Onun fikrincə, bu ifadə danışıqlar prosesinə mane ola bilər.

Cumhuriyyet.az xəbər verir ki, jurnalistlərin “nə üçün hakimiyyət seçki kampaniyası zamanı olduğu kimi, indi də Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyin bəyan etmir” sualına Simonyan cavab verib ki, vəziyyət hər dəqiqə dəyişir.

“İndi Ermənistan deyir ki, orada “Artsax əhalisi” var, hansı ki, hüquqlara malikdir və bu hüquqlara əsaslanaraq status almaq lazımdır”, – Ermənistan parlamentinin spikeri bildirib.

Parlament sədrinin nöqteyi-nəzərindən “Artsax Azərbaycanın tərkibində olmayacaq” demək danışıqlarda müəyyən xətt çəkmək və sonrakı dialoqdan imtina etmək deməkdir.

Simonyan xatırladıb ki, o, parlamentin sədri vəzifəsini tutur və danışıqlarda iştirak etmir. Eyni zamanda, onun bəyanatları prosesə təsir göstərə və erməni tərəfinin imkanlarını məhdudlaşdıra bilər.

Parlamentin spikeri iddia edir ki, 1998-ci ildən sonra heç kim Qarabağın Azərbaycanın tərkibində olmayacağını deməyib və bunun ehtimalı Ermənistan Respublikasının bütün hakimiyyət orqanlarının gündəmində olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031