Paşinyan Rəisi ilə Qarabağı müzakirə etdi

02.06.2022 - 11:00

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir Paşinyan prezident Rəisi ilə Brüsseldəki son görüşlə bağlı təəssüratlarını və məlumatlarını bölüşüb.

Həmsöhbətlər xüsusilə regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanla Azərbaycan arasında münasibətlərin həlli perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub. Ermənistan-İran üçüncü elektrik ötürücü xəttinin, Şimal-Cənub magistralının tikintisinə, enerji məsələlərinə xüsusi diqqət yetirilib. Həmsöhbətlər bir-birinin ölkəsinə rəsmi səfər etmək üçün göndərilən dəvətləri təsdiqləyib və paytaxtlara səfər mübadiləsi barədə razılığa gəliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=176057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728