“Bizim Ermənistanla problemimiz yoxdur” – Ceyhun Bayramov
“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir və bunu bir neçə dəfə yüksək səviyyədə bəyan edib”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
XİN başçısı qeyd edib ki, rəsmi Bakı Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət qiymətləndirir:
“Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq. Bunları pozitiv addımlar olaraq görürük. Bu istiqamətdə irəliləmək, başda Ermənistan və Azərbaycan olmaqla bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistanın özü üçün faydalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=176412