İrəvan sülh çağırışına cavab vermir – XİN başçısı
“Azərbaycan həmişə bütün dövlətlərlə mehriban qonşuluq münasibətlərinin həyata keçirilməsinin tərəfdarı olub, lakin 90-cı illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi üçün Ermənistan istisnadır”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladan Ceyhun Bayramov bu səbəbdən işğal dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar aparılmadığını qeyd edib.
“Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanın işğalına son qoyub və bundan qısa müddət sonra Azərbaycan keçmiş hadisələri bir kənara qoyub, Ermənistanı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin əldə olunması üçün lazımi addımlar atmağa çağırıb.
Təxminən 1 ilə yaxındır ki, Ermənistan bu çağırışa cavab vermir. Buna baxmayaraq, Azərbaycan bu ilin əvvəlində iki ölkə arasında mümkün sülh sazişinin əsas prinsiplərini yazılı şəkildə İrəvan administrasiyasına çatdırıb”, – nazir qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176418