Lavrovdan “3+3” təklifi – Qapımız açıqdır
Biz Türkiyənin regionda dəstəyini və səylərini görürük, bunları yüksək qiymətləndiririk.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, türkiyəli həmkarımın qeyd etdiyi kimi “3+3” əməkdaşlıq platforması region üçün əhəmiyyətlidir. Qisa zaman ərzində platformanın iclası olacaq. Eyni zamanda həmişə qeyd etdiyimiz kimi Gürcüstanın da iştirakını dəstəkləyirik və qapımız açıqdır”, – deyə Rusiya XİN rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş keçirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176478