Paşinyan: “Qarabağın status” məqsəd deyil

16.06.2022 - 12:02

“Qarabağın status” məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək vasitəsidir.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, əgər əvvəllər danışıqlarda Ermənistan tərəfinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatlarının əsaslandığı konsepsiyasını “Dağlıq Qarabağın statusu” təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, ondan isə “status” yaranır.

“Biz bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, “Dağlıq Qarabağ əhalisi”nin (ermənilərin-red.) hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün çox başadüşülən münasibətdir. Amma çox mühüm məqam da var – “Dağlıq Qarabağ əhalisi”nin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən “status” bizim üçün real həll yolu hesab edilməlidir”, – Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=176867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728