Mirzoyan Donfridə Azərbaycanla əlaqələrdən DANIŞDI
İrəvanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
“Mirzoyan həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində gedən proseslər barədə məlumatlandırıb”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycana iki günlük səfərindən sonra İrəvana gedib.
Short URL: http://www.cumhuriyyet.net/?p=177055