Moskva Ermənistanla Azərbaycanın delimitasiya komissiyasını görüşdürəcək

22.06.2022 - 15:35

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclası yaxın vaxtlarda Moskvada keçiriləcək.

Cumhuriyyet.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Azərbaycan və Ermənistanın ayrı-ayrı sərhəd rayonlarında təkrarlanan insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə komissiyanın sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir”, – Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya mayın 24-də tərəflərin razılaşdırdığı delimitasiya komissiyasının ikinci iclasını Moskvada keçirməyə çox yaxın vaxtlarda hazırdır.

M.Zaxarova deyib eyni zamanda, üç ölkə liderinin 26 noyabr 2021-ci il tarixli Soçidəki bəyanatında qeyd edildiyi kimi, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması vacibdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=177374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728