Biz sülhdə də qalib olacağıq – NAZİR
İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ bərpa edib:
“Tarixi ədaləti bərpa etdik. Eyni zamanda hesab edirəm ki, sülh quruculuq prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=178255