Paşinyan Makronu Ermənistana dəvət etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidentini ölkənin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə təbrik edib.
Cumhuriyyet.az-ın məlumatına görə, Paşinyan qeyd edib ki, Ermənistan Fransa ilə minilliklər boyu mövcud olan zəngin erməni-fransız təmaslarına, eləcə də möhkəm sivilizasiya və dəyərlərə söykənən imtiyazlı dostluğu yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirir.
Paşinyan Makronu Ermənistana dövlət səfərinə dəvət edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=178436