Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ

25.07.2022 - 23:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə müsahibəsində danışıb.

Ərdoğan qeyd edib ki, taxılın daşınmasına dair sazişin imzalanması Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərib.

Türkiyə lideri Odessa limanına endirilən raket zərbələrinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb:

“Bu ölkələrin atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalarını istəyirik”.

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=179401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728