Ərdoğan-Putin danışıqlarında müzakirə ediləcək məsələlər açıqlandı

31.07.2022 - 20:57

Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb.

Cumhuriyyet.az “Anadolu”ya istinadən xəbər verir ki, təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Kanal 7″nin efirində bildirib.

Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub:

“Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox”.

Short URL: http://www.cumhuriyyet.net/?p=179823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031