Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.
Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Bununla bağlı razılıq əldə olunub”,- Peskov yerli mediaya açıqlamasında deyib.
Qeyd edək ki, avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=180101