Buzduxdan Qərbi Zəngəzura: “Ermənistan başqa güzəştlərə məcbur ediləcək”

06.08.2022 - 14:29

“Müdafiə Nazirliyinin açıqlamasından məlum olur ki, Buzdux və ətraf yüksəkliklərin alınması şiddətli silah atışları gücünə olmayıb”.

Cumhuriyyet.az bildirir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. O bildirib ki, bundan sonra lokal hərbi əməliyyatların davam edəcəyi və bunun silahlı toqquşmalarla müşayiət ediləcəyi istisna deyil:

“Sərhəddə hazırda baş verənlər, hərbi əməliyyatdan çox, hərbi-siyasi həmlədir və növbəti danışıqlar masasının konfiqurasiyanı müəyyən edəcək. Yeni danışıqlarda Ermənistan başqa güzəştlərə məcbur ediləcək”.

Ekspert əlavə edib ki, Azərbaycan dövlətinin Qərbi Zəngəzura aid ortaya qoyduğu konseptual yanaşmanın konkret detalları formalaşır.

Xatırladaq ki, bu gün bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180231

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930