Tokayevin Bakıya gələcəyi vaxt məlum oldu
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər tarixi məlum olub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər avqustun 24-də baş tutacaq.
Məlumata əsasən, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişafına dair məsələlər müzakirə olunacaq.
Bundan əlavə, ölkələr arasında bir neçə sənədin imzalanması planlaşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=180862