ABŞ Brüssel görüşünə münasibət bildirdi

31.08.2022 - 11:17

ABŞ Azərbaycanla Ermənistanı diplomatik əlaqələri aktivləşdirməyə çağırır.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

ABŞ rəsmisi bu gün Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçiriləcək görüşə də münasibət bildirib:

“Birləşmiş Ştatlar bu məsələdə irəliləyişə nail olmağa sadiqdir. Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcək arzu edirik. Biz Azərbaycan və Ermənistanı diplomatik əlaqələrini fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=181181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031