Paşinyan deputatlara Azərbaycanla sülh sazişi imzalayacağını bildirib

05.09.2022 - 10:40

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşün qapalı keçdiyi bildirilir.

ArmLur.am-a məlum olub ki, Paşinyan toplantıda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi 31 avqust tarixli görüşün təfərrüatlarını təqdim edib.

Baş nazirin yaxın vaxtlarda sülh sazişini imzalayacaqlarını bildirdiyi qeyd olunur.

Həmçinin görüşdə parlamentin qarşıdan gələn sessiyasının başlaması ilə bağlı müzakirələr aparılıb. Sentyabrın 12-də sessiyalar başlayacaq və müxalifətin də parlamentə qayıdacağı gözlənilir. “Mülki müqavilə” fraksiyası buna görə öz fəaliyyətini planlaşdırıb.

Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutub. Rəsmi məlumata görə, görüşdə əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regional blokadanın aradan qaldırılması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib.

 

Sülh müqaviləsinin hazırlanması üzrə substantiv danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində razılıq əldə olunub. Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq.

 

Tənzimləmə və Sərhəd Təhlükəsizliyi Komitəsinin növbəti iclası noyabrda Brüsseldə baş tutacaq.

Liderlər şurasının növbəti iclası noyabrda keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181448

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031