Paşinyan yenə nala-mıxa vurdu: “Azərbaycanla mövqeyimiz üst-üstə düşmür”

08.09.2022 - 16:42

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, N.Paşinyan icma üzvlərinin suallarını cavablandırıb. Baş nazir Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşünü, eləcə də Qarabağ probleminin həlli, regional infrastrukturların blokadadan çıxarılması və Azərbaycanla sərhədin demarkasiyası imkanlarını təqdim edib.

Nikol Paşinyan əminliklə bildirib ki, regional kommunikasiyaların açılması mütləq Ermənistanın xeyrinə olacaq.

“İqtisadi fəaliyyətlə məşğul olanlar deyə bilər ki, rabitə, dəmir yolu, avtomobil yollarının olması nə qədər şeyi dəyişir. Biz bu yaxınlarda ərzaq qiymətləri ilə bağlı sorğu keçirdik. Sorğu göstərdi ki, Ermənistanda ərzaq orta hesabla bir çox ölkələrlə müqayisədə bahadır. Problemin nə olduğunu anlamağa çalışdıqda isə bu gün daha da kəskinləşən nəqliyyat probleminə gəlirik. Bilirsiniz ki, Ukrayna ətrafında baş verən hadisələrə qədər nəqliyyatda qiymətlər artıq qalxmışdı. Bunun nəticəsində biznes üçün də çətinliklər yaranır, lakin bütün bunlardan ilk növbədə istehlakçılar əziyyət çəkir”, – Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır. “Maşınlar Ermənistan, Gürcüstan və İrana girib-çıxa bilər, biz Azərbaycan və Türkiyə ilə eyni şeyin olmasının əleyhinə deyilik. Bu məsələ ilə bağlı yekun razılıq hələ əldə olunmayıb. Amma mən çox açıq şəkildə demək istəyirəm ki, bu məsələdə razılığa gəldikdən sonra biz marşrutların və yolların açılması məsələsini çox tez həll edəcəyik”, – Paşinyan vurğulayıb.

Ermənistan və Azərbaycan dövlət başçılarının Avropa Şurası prezidentinin vasitəçiliylə Brüsseldə keçirdiyi üçtərəfli görüşündən danışan Paşinyan deyib ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb.

“Söhbət Dağlıq Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Aydındır ki, bu mövqe, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır. Rusiyaya rəsmi səfərim zamanı Rusiya prezidenti ilə mən bəyanat imzaladıq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq etməliyik. Yəni Rusiya qeyd edir ki, həlli vacib olan problem var. Bu da məntiqlidir, çünki problem olmasaydı, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri olmazdı”, – Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, Brüsseldə keçirilən görüşdə həm Ermənistan, həm də Azərbaycan sülhə nail olmaq istəklərini bəyan ediblər. Paşinyan qeyd edib ki, tamamilə hamı sülh istəyir, lakin hər kəsin öz anlayışı, şərtləri, nəticələri və sülh atmosferi var. Onun sözlərinə görə, burada münaqişələr yaranır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181663

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930