Üç ölkə arasında Bakı Bəyannaməsi İMZALANDI

09.09.2022 - 12:30

Bu gün Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə birinci üçtərəfli görüşün yekunlarına uyğun Bakı Bəyannaməsi imzalanıb.

 

Cumhuriyyet.az xəbər verir ki, Bəyannaməni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.

Bəyannaməyə əsasən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 mln. ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alıblar.

 

Qeyd olunub ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, prosedurların asanlaşdırılması məsələləri ilə məşğul olduğu üçün Tərəflər arasında Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181690

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031