Şimal-Cənub dəhlizi ilə bağlı bəyannamə İMZALANDI

09.09.2022 - 14:19

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan-Rusiya-İran birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

 

Cumhuriyyet.az xəbər verir ki, sənədə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi imzalayıb.

 

Tərəflər dəhlizin inkişafı kontekstində Azərbaycan, Rusiya və İran ərazilərində nəqliyyat və tranzit məsələlərinin və prosedurların həlli üçün işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb və bir ay ərzində birinci iclasın keçirmək niyyətində olduqlarını bildirib.

 

Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmiryol layihəsi üzrə saziş layihəsin hazırlamaq niyyətini bildirib. Sənəddə eyni zamanda İranın Çabahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181698

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829