Qərbi Azərbaycan İcması: “Göyçə-Zəngəzur Respublikasını tanımırıq!”
“Qərbi Azərbaycan İcması”nın mətbuat xidməti “Göyçə-Zəngəzur Respublikası” adlı qurumla bağlı məlumat yayıb.
Cumhuriyyet.az xəbər verir ki, “Qərbi Azərbaycan İcması” belə bir qurumun yaradılmasını yolverilməz hesab edib
İcmanın məlumatında deyilir:
“Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir.
Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün “Qərbi Azərbaycan İcması”na müraciət etsinlər”.
Qeyd edək ki, “Qərbi Azərbaycan İcması”nın sədri deputat Əziz Ələkbərlidir.
“Göyçə-Zəngəzur Respublikası” adlı qurumun prezidenti isə Rizvan Talıbov elan edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=182168