Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır – Lavrov

20.09.2022 - 14:28

Rusiya Xəzər regionunda sülhün və sabitliyin qorunmasında maraqlıdır, beş sahilyanı dövlət çərçivəsində mehriban qonşuluq əsasında əməkdaşlığın inkişafının tərəfdarıdır,.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rusiya üçün həyati maraqlar Xəzər regionunda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, onun mehriban qonşuluq, sahilyanı dövlətlərin etimadı və əməkdaşlığı əsasında davamlı inkişafı, Xəzər dənizinin iqtisadi, o cümlədən tranzit potensialının reallaşdırılmasıdır”, – deyə Lavrovun “International Affairs” jurnalının saytında Xəzər regionunda əməkdaşlığa dair məqaləsində bildirilib.

“Bu məqsədlə Rusiya “Beşlik” çərçivəsində çoxşaxəli sistemli əməkdaşlığın hərtərəfli inkişafının, bu prosesin tədricən institusionallaşdırılmasının tərəfdarıdır. Biz regiondakı qonşularımızla bütün sahələrdə əlaqələri genişləndirmək üçün fəal işləyirik”, – Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, bütün Xəzər məsələləri regiondankənar qüvvələrin mənfi təsirindən qaçaraq, yalnız beş sahilyanı dövlət tərəfindən konsensus əsasında həll edilməlidir. Eyni zamanda o qeyd edib ki, Rusiyadan əlavə İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” xarici aləmdən, ilk növbədə, iqtisadi sahədə hasar almaq fikrində deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182179

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728