Qaribaşvili BMT-dən Bakı və İrəvana SƏSLƏNDİ

23.09.2022 - 15:10

Gürcüstan regionda sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasında deyib.

Baş nazir çıxışı zamanı bir çox aktual məsələlərə, o cümlədən Cənubi Qafqazda cərəyan edən proseslərə toxunub.

“Biz regiondakı çətin vəziyyətə baxmayaraq, qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Bu ilin iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib. Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”, – deyə hökumət başçısı vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031