“Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır” – Şentop

04.10.2022 - 23:38

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Malayziyanın paytaxtı Kuala Lumpura səfər edib.

Cumhuriyyet.az xəbər verir ki, o, səfər çərçivəsində Yunus Əmrə İnstitutunda olub.

Görüşdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov da iştirak edib.

Şentop çıxışı zamanı “bir millət, iki dövlət” sözünün sadəcə şüar olmadığını vurğulayıb.

“Bütün dünyada Türkiyənin olmadığı platformalarda bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır. Burada iki səfirimiz var. Çətin bir dövr keçirmişik. Planladığımız məsələlərdə nəticə alacağıq. Çoxları məsələni Qarabağ məsələsi kimi bilir, amma Qarabağı bir kənara qoyun. Ərazi işğal altında idi. Minsk Qrupu oradakı dalana dirənmiş münaqişənin davam etməsini istəyirdi. ABŞ Nümayəndələr Palatasının sədri Pelosi Ermənistana səfər edib. Harada böhranlı bölgə, qanamağa hazır yara varsa, Pelosi ora gedir. ABŞ Nümayəndələr Palatasının sədri 28 ildir orda deyil. Problem həll olundu, indi o, dəstək üçün ora gedir. Biz regionda sülhü və sabitliyi müdafiə edirik. Qarşı tərəf də yaxşı niyyət göstərməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=183318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031