Armen Qriqoryan: “Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər”

13.10.2022 - 00:23

️Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıblar.

Cumhuriyyet.az erməni KİV-ə istinadən bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sentyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında sülh müqaviləsinin bağlanma vaxtı barədə razılığa gəliblər.

“ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər razılaşmanın olmasını müzakirə etdik. Həmçinin Delimitasiya məsələsi: razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər aparılacaq”, – Qriqoryan çərşənbə günü Ermənistan ictimai televiziyasına bildirib.

“Ermənistan narahatdır ki, sülh sazişindən sonra Azərbaycan Ermənistana hücum üçün bəhanə kimi qeyri-delimitasiya olunmuş sərhəddən istifadə edə bilər. Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması gündəmdə qalmaqda davam edir” – Armen Qriqoryan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183621

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930