Müxalifətin prezident haqqında müsbət mövqeyi kimləri narahat edir?

18.10.2022 - 11:47

Vətəndaş Həmrəyliyi Partiyası vitse-spiker, VHP sədrinin müavini Fəzail İbrahimlinin “Azərbaycan” qəzetində dərc olunan məqaləsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Mediada İlham Əliyevin prezidentlik fəaliyyətinin 19 illinin tamam olması haqqında “Azərbaycan” qəzetində çap olunmuş yazıların təftişi ilə bağlı mövqe təəssüf doğurur. VHP sədrinin müavini Fəzail İbrahimlinin müəllifi olduğu yazı ilə bağlı göstərilən məqamlara aydınlıq gətirərək bütövlükdə bu təhlilin mahiyyəti ilə bağlı partiya olaraq etirazımızı bildiririk. Araşdırmada “Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir” cümləsinin deputat Elman Nəsirov tərəfindən işlədildiyini bildirilir. Yaxud Hegelin bir fikrinin başqa bir yazıda eyni mövzu ilə bağlı işlədildiyini irad tutur. Jurnalistin zəhmətini zay etmək istəməzdik, amma bu gənc gərək bilsin ki, elə fikirlər, aforizmə çevrilmiş ibarələr var ki onlar artıq ümumiləşib və hər kəs tərəfindən işlənməsi plagiatlıq sayılmır. Prezidentin “Qarabağ Azərbaycandır!” şüarını heç kim müəllifə istinad edərək işlətmir, bu artıq ümumxalq cümləsinə çevrilib. Digər göstərilən irad isə konkret olaraq statistik məlumatrlarla bağlıdır ki, bu məlumatların istifadəsi zamanı istinadlar elmi məqalələrdə işlənən üslubdur. Gənc qələm əhli istərsə Fəzail müəllimin elmi tədqiqatlarında bunun forması və qaydası ilə tanış ola bilərlər. Əslində bu zamanadək Fəzail müəllimin keçdiiyi həyat yolu, elmi tədqiqatları fonunda onu tanıyanların münasibətinə rəğmən bu araşdırmadan onun şəxsiylə bağlı narahat deyilik. Amma yazının alt qatında gizlənən bəzi siyasi-mənəvi məqamlar VHP olaraq bu olayın üzərində durmağı vacib edir.
2020-ci ildə indiki parlamentin ilk iclasında prezidentin çıxışında ifadə olunan milli birlik bu gün cəmiyyətdə öz təsdiqini tapıb. Dövlət maraqları tələb etdiyi zaman ölkənin müxalif siyasi qüvvələri də hakim partiya ilə birgə eyni mövqedən çıxış edirlər. Son illərin siyasi mühitində demək olar ki, ilk dəfədir müxalifətdən olan millət vəkili ölkə rəhbəri ilə bağlı geniş təhlil yazı ilə rəsmi mətbu orqanda çıxış edir. Yeri gəlmişkən, qəzetin həmin sayında “Müxalifət prezidenti müdafiə edir” başlıqlı məqalədə bir neçə müxalif partiya sədri də öz açıqlamalarını bildirib. İndi soruşmaq istərdik ki, doğurdanmı o anadək dərc olunan bütün məqalələr idealdır, heç bir qüsuru yoxdur, yoxsa müxalifətin prezident haqqında müsbət mövqeyi kimlərisə narahat edir? Araşdırmanı aparanlar, yaxud bunun sifarişini verənlər heçmi bu məqam üzərində düşünmədilər? Görünür düşünməyiblər. Çünki onların niyyəti və amalı başqadır. Bu niyyəti isə gizlətmədən açıq ifadə ediblər: “Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?” Belə çıxır ki, parlamentin mətbu orqanında dövlətin rəsmi təbliğat işi düzgün aparılmır və parlament isə ya bunu görmür, ya da görməzlikdən gəlir. Bax daş atılan bostan buradır. Bütün araşdırmanın da gerçək məqsədi budur. VHP bu kimi nəticəsi hesablanmayan mövqeyə etirazını bildirir və mediamızı həssas dönəmdə siyasi məsələlərə diqqətli olmağa dəvət edir”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183839

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30