Şarl Mişel: “Aİ sammitinin əsas mövzusu enerji böhranı olacaq”

18.10.2022 - 18:38

“Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitinin əsas mövzusu enerji böhranı olacaq”.

Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ittifaqa üzv olan ölkələrin liderlərinə ünvanladığı məktubda bildirib.

“Gündəliyimizin mərkəzində enerji böhranı dayanır. Bununla bağlı təcili tədbirlər görməliyik. Xüsusilə, üç fəaliyyət istiqamətini mütləq şəkildə gücləndirməliyik: enerji resurslarına tələbin azaldılması, təchizatın təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin məhdudlaşdırılması”, – o qeyd edib.

Mişel əlavə edib ki, Aİ liderləri sammitdə Ukraynaya qarşıdan gələn qışa hazırlıqla bağlı yardımı müzakirə edəcəklər: “Görüşdə Ukraynaya yardımımızı müzakirə etməyimizi istərdim”.

Onun sözlərinə görə, sammitdə “Şimal axını”nda təxribatdan sonra kritik infrastrukturun qorunması üzrə tədbirlər də müzakirə olunacaq: “Bundan əlavə, “Şimal axını” boru kəmərlərinə edilən son təxribat xarakterli hücumlar fonunda kritik infrastrukturu qorumaq üçün əməkdaşlığımızı intensivləşdirməyin yollarını da nəzərdən keçirəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30