Novella Cəfəroğlu: “Azərbaycanda iki partiya olsun, bəsdir”

04.11.2022 - 12:51

“ABŞ-da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Azərbaycanda da əsas iki partiya olmasını istəyərdim, iki partiya bəsdir”.

Cumhuriyyet.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən növbəti ictimai dinləmə zamanı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri bildirib.

Novella Cəfəroğlu deyib ki, Azərbaycanda digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, birləşsinlər.

O, bu gün Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların da əksəriyyətinin yalnız bir “papka”sı var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=184415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930