Ned Prays: Azərbaycan və Ermənistan sülh üçün ciddi səy göstərir

08.11.2022 - 19:34

Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 7-də Vaşinqtonda baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanatında bildirib.

“Dövlət katibi Entoni Blinken davamlı sülh sazişinə doğru irəliləyişi asanlaşdırmaq məqsədilə noyabrın 7-də Bleyer Hausda birbaşa müzakirələr aparmaq üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Dünən keçirilən görüş Azərbaycan və Ermənistanın intensivləşdirilmiş dialoq vasitəsilə sülhə ciddi səy göstərdiyini vurğulayır.

ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır”, – bəyanatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=184585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930