“Cailber”: “Əlvida, UNESCO…” – VİDEO

15.11.2022 - 23:50

Noyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə ünvanlanan məktubunda məlumat verib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.

“Mehriban Əliyeva bu vəzifədən imtina etməsini Vətən Müharibəsi nəticəsində Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra rayonlarda genişmiqyaslı bərpa işlərində iştirak etməsi ilə izah edib və bildirib ki, belə vəziyyətdə UNESCO-nun xoşməramlı səfiri vəzifəsinə lazımi diqqət yetirmək mümkün deyil. Bununla da Birinci vitse-prezident öz qərarında diplomatik etiketə riayət edərək bir az fərqli kontekstdə olsa da, Qarabağ motivinə eyham vurub. Əslində isə son illər UNESCO ətrafında cərəyan edən proseslərdən də göründüyü kimi, bu qərar təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya diplomatik etirazdır”, – deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30