İranı vahiməyə salan türk birliyi – VİDEO

18.11.2022 - 23:32

Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsinin regionda yaratdığı yeni geosiyasi reallıq, ötən ilin noyabrında İstanbulda keçirilən VIII Zirvə Görüşündə Türk Şurasının Türk Dövlətləri Təşkilatına, yəni türk dövlətləri arasında daha dərin inteqrasiya mexanizminə çevrilməsi qlobal siyasətdə baş verən ciddi dəyişikliklər fonunda İranın çoxdankı narahatlığını vahimə həddinə çatdırıb.

Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.

Son iki ildə İranın Azərbaycan Respublikasına qarşı açıq düşmənçilik siyasəti yürütməsi də bu kontekstdə şərh oluna bilər. İşğal olunmuş torpaqlarını qısa müddətdə azad edən Azərbaycan türk dünyasının coğrafi bütövlüyünə doğru da tarixi addım atdı və bu səbəbdən İranın əsas qəzəbi məhz Azərbaycana yönəlib.

Bu qəzəb bir yandan İranın həmin bütövlüyün önündə sədd kimi gördüyü Ermənistana hərtərəfli dəstəyi, digər tərəfdən də rəsmi Tehranın hər fürsətdə Azərbaycanı özünün ayrılmaz parçası olan Naxçıvanla, eləcə də Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin əleyhinə çıxması ilə təzahür edib.

Daha ətraflı süjetdə:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30