İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

21.11.2022 - 12:49

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=185243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930