Rus sülhməramlılarına əlavə mandat verilə bilər – Peskovdan AÇIQLAMA

29.12.2022 - 16:38

Münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatı verilməsi beynəlxalq qüvvələrin buraya cəlb olunması üçün zəruridir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü bəyanatına reaksiya verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Münaqişənin hər iki tərəfi razılaşarsa, Dağlıq Qarabağa beynəlxalq sülhməramlılar cəlb oluna bilər”.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistan hökumətinin bugünkü iclasında bəyan etmişdi ki, “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlılarla bağlı müzakirə başlamalıdır”.(sfera.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=186597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930