Azərbaycan Prezidenti Kuba liderini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.
Cumhuriyyet.az xəbər verik ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkdən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.”
Short URL: http://www.cumhuriyyet.net/?p=186726