Paşinyan Azərbaycanın digər regionları ilə Naxçıvan arasında əlaqələrin yenilənməsindən DANIŞDI
“İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Ermənistanın baş naziri hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib.
“Regionun logistik əhəmiyyəti dəyişir, nəqliyyat əlaqələri daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər regionları ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin yenilənməsi üçün vacibdir”, – N.Paşinyan söyləyib.
Nikol Paşinyan fikrinin davamında qeyd edib ki, Ermənistan nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=187148