Ombudsman Quranın yandırılması ilə bağlı isveçli həmkarına məktub ünvanlayıb

01.02.2023 - 18:46

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs Quranın yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və İslamofobiya ilə mübarizənin arzuolunan səviyyədə olmadığını göstərdiyini bildirib.

Məktubda İslam dininə bu cür hörmətsizliyə qarşı İsveç polisinin etinasız münasibətinin qəbul edilməz olduğu qeyd olunub.

Eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş vicdan və din azadlığı hüququnun təmini və müdafiəsi sahəsində dövlətlərin öhdəlik daşıdığı vurğulanıb.

Yekunda Azərbaycan Ombudsmanı bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması və dini nifaq yaradan əməllər törədən şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi üçün İsveçin Bərabərlik üzrə Ombudsmanı tərəfindən lazımi addımların atılacağına ümidvar olduğunu qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=187332

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930