Rumıniya prezidenti Azərbaycana gəlir

01.02.2023 - 22:43

Rumıniya Prezidenti Klaus İohannis 2023-cü il fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Cumhuriyyet.az xəbər verir ki, Rumıniya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasının açılışı planlaşdırılır.

Eyni zamanda səfər zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək.

Rumıniya prezidenti həmçinin enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etməyi planlaşdırır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031