Bakının bu potensialından istifadə olunmalıdır – Simson
Avropa Birliyi Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır.
Cumhuriyyet.net xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə bildirib.
“Əlbəttə əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Çünki Azərbaycanın bərpa oluna enerji potensialı var və bu porensialdan istifadə edilməlidir. Tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, həmçinin istixana qazlarının atmosferə atılamasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, məşvərt şurası çərçivəsində bizim çox yaxşı iclasımız keçdi.
Mən üçüncü dəfədir ki, Bakıya səfər edirəm və səmimi qəbula görə, cənab Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazova təşəkkür edirəm”, – K.Simson qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=187453