Ceyhun Bayramov İqor Xovayevlə görüşdü

14.02.2023 - 21:46

Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Xarici İşlər Nazirliyindən Cumhuriyyet.az-a bildirilib ki, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib.

Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb.

Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb.

Nazir, etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.

Görüşdə həmçinin regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031