Paşinyan sülh müqaviləsinin yekun layihəsini Bakıya TƏQDİM EDİB

16.02.2023 - 12:32

“Ermənistan hökuməti dünən Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işin növbəti mərhələsini yekunlaşdırıb”.

Cumhuriyyet.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. “Sputnik Armenia”nın məlumatına görə, Nikol sülh müqaviləsi ilə bağlı öz təkliflərini Bakıya təqdim etdiyini bildirib.

“Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib”, deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan tərəfinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini aldığını demişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188265

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031