Kubanın vitse-prezidenti Azərbaycanda səfərdədir
Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycanda səfərdədir.
Bu barədə Cumhuriyyet.az-a Kubanın ölkəmizdəki səfirliyi tərəfindən bildirilib.
Qeyd olunub ki, vitse-prezidentin səfər çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasda iştirakı planlaşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=188954