BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

28.02.2023 - 13:50

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə görüşündə iştirak etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Cumhuriyyet.az-a BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Prezident C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən C.Kőrösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti səfəri martın 3-də başa çatacaq.

Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189061

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829