Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib

03.03.2023 - 23:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Bu xüsusda, münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Təhsil sahəsində Anqoladan tələbələrin Azərbaycan tərəfindən QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarına maraq göstərməsi məmnunluqla qeyd edilib.

Xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa Anqolanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə edilməsi istiqamətində qarşılıqlı təmasların davam etdirilməsinin zəruri olduğu bildirilib. QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin pandemiyadan sonrakı dövrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm fürsətlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189425

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031