Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir – Əliyev

07.03.2023 - 19:56

Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189585

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829