KTMT Ermənistandan getmək istəyir – Paşinyan

14.03.2023 - 14:08

İstənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu Ermənistanın təhlükəsizlik sistemində əlavə daşa çevrilməlidir. Amma bu kvota təhlükəsizliyə töhfə vermirsə, Ermənistan bunu mənasız hesab edir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan KTMT baş katibinin müavininə İrəvanın kvota verməkdən imtina etməsilə bağlı açıqlamasında deyib.

“Baş katib Stanislav Zas 2022-ci ildə İrəvanda mənilə görüşəndə dedi ki, KTMT-də Ermənistanın bu qurumdan çıxa biləcəyi ilə bağlı narahatlıq var. Mən ona bunun yersiz olduğunu dedim. Amma fikrimcə, KTMT Ermənistandan getmək istəyir, bu da bizi narahat edir. Heç nəyi gizlətmirik. Açıq şəkildə narahatlığımızı bildirdik”, – Paşinyan bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=189815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031