Qərbi Azərbaycan İcması Ermənistan XİN-ə belə cavab verdi

17.03.2023 - 13:34

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan məsələsinə dair qərəzli bəyanatına dair şərh verib.

Cumhuriyyet.az-ın xəbərinə görə, icma bildirib ki, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2023-cü il tarixində Türk Dövlətlər Təşkilatında Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanıldıcı məzmunda təqdim etməyə cəhd edərək, bizim sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququmuza xələl gətirməyə cəhd edib:

“İlk öncə, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə görə və bu məsələni mötəbər beynəlxalq formatların tribunasından ifadə etməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik.

Ermənistan hökumətinin etiraz etdiyi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95%-dən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

İcmanın qayıdış konsepsiyasında həmin ərazidə yaranmış Ermənistan Respublikasını hüquqi-siyasi reallıq kimi qəbul edilir, barışığa və reinteqrasiyaya əsaslanan yanaşmanı əsas götürülür.

Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyimiz məktubumuzda da qeyd etdiyimiz kimi, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.

Belə olan təqdirdə, Ermənistan tərəfi “Artsax hökuməti”, “Artsax xalqı”, “Artsax ordusu” kimi ifadələr işlətməsinin izahatını verməlidir.

Nəhayət, biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan, qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190042

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829