Rusiyanın Ermənistandan çıxmasının bədəli Zəngəzurdur

27.03.2023 - 14:52

Qərb üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məqsəd deyil, sadəcə bir vasitədir.

Cumhuriyyet.az xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

“Qərb üçün əsas məqsəd Rusiyanı regiondan sıxışdırmaqdır. Onların fikrincə, regionda, xüsusən də Ermənistanın Türkiyə və Azərbaycanla uzunmüddətli, sabit sülhə nail olması bölgədə rusların mövcudluğuna ehtiyacı aradan qaldıracaq. Ermənilər üçün problem bu konsepsiyada Qarabağın Ermənistanın olmamasıdır. Ermənistanın Zəngəzur vilayəti isə o zaman mövcud ola bilər ki, İrəvan KTMT-nin bir hissəsi deyil, neytral dövlət olsun. Qarşıya qoyulan məqsədə, yəni Rusiyanın regiondan qovulmasına təkcə sülhlə deyil, həm də yeni müharibə yolu ilə nail olmaq olar.

Yeni müharibə iki mümkün ssenariyə gətirib çıxaracaq: ya Rusiya işə qarışır və Moskva üçün ikinci cəbhə yaradılır. Ya da Rusiya kənarda qalır, Ermənistan ağır itkilər verir, lakin Moskva avtomatik olaraq regiondan kənarlaşdırılır”, – o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930