Prezident Tarif Şurası ilə bağlı fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Cumhuriyyet.az fərmanın mətnini təqdim edir:
“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110; 2008, № 6, maddə 498; 2013, № 12, maddə 1508; 2014, № 9, maddə 1027; 2016, № 3, maddə 469, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, № 8, maddə 1677; 2022, № 4, maddə 305, № 5, maddə 471, № 9, maddə 1028; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2050 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” üzrə:
1.1. 4.1-ci bənddə “mərkəzi icra hakimiyyəti orqanlarının” sözləri “dövlət orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilsin;
1.2. 4.5-ci bəndə “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;
1.3. 4.10.1-ci yarımbənddə “səkkiz” sözü “doqquz” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri.”.
Short URL: http://www.cumhuriyyet.net/?p=190550