İranın işimizə qarışmağa haqqı yoxdur – Qafarova

07.04.2023 - 12:46

İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib. Hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycan dövlətinin İsraildə səfirlik açmasından narahatdır.

Cumhuriyyet.az verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edir, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, – Qafarova bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190552

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930